Ölü tapılan tibb bacısının ekspertiza rəyi açıqlandı
- 23.04.2020, 00:53,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 13-də Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibb bacısı, 1957-ci il təvəllüdlü Şəhla Həsənovanın evində meyiti tapılıb.
LİVE.az "Qafqazinfo"ya istinadla verdiyi xəbərə görə, Ş.Həsənova xəstəxananın əməliyyat blokunda işləyib. İlkin istintaq zamanı onun həm dəm qazından zəhərlənmə, həm ürək-damar çatışmazlığı, həm də koronavirus nəticəsində ölməsi ehtimalları müəyyən olunub. Meyitin daxili və xarici müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin olunub.
Aprelin 21-də ekspertin rəyindən məlum olub ki, Şəhla Həsənovanın meyitindən götürülmüş qan analizinin məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanından karboksihemoqlobin aşkar edilib. Belə ki, tibb bacısı Ş. Həsənova dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.