Bakı Limanında yükaşırma 23% artıb




"Koronavirus (COVID-19) pandemiyası beynəlxalq yük daşınmasında fasilə yaratmayıb”.

Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Rüstəm Əzimov bildirib.

Onun sözlərinə görə, bu ilin I rübündə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23% artıb: “O cümlədən təkərli texnikaların dovriyyəsi, təxminən, 39%, quru yüklərin aşırılması isə təxminən 3 dəfə artıb''.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri