Mikayıl Cabbarov sahibkarlar üçün yeni həyat tərzini açıqladı
- 25.04.2020, 20:12,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda kononavirus (COVID-19) pandemiyasının nə qədər davam edəcəyini dəqiq müəyyən etmək mümkün deyil. Bu, insanların müəyyən edilmiş karantin qaydalarına nə dərəcədə riayət etməsindən asılıdır".
Bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, sahibkarlar yeni davranış qaydalarını başa düşməli, tətbiq etməlidir.
"Şəxsi gigiyena qaydalarına əməl olunması, "sosial məsafə"nin qorunması həlledici amildir. Bunlar, eləcə də qoruyucu maskalardan istifadə bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Ticarət obyektlərində işçilərin maskalardan istifadəsi mütləqdir. Restoranlarda masalar arasında məsafə qorunmalıdır. İş yerlərində əllərin mütəmadi yuyulması, dezinfeksiya işlərinin aparılması, mağazalarda müştəri sayının tənzimlənməsi, onlayn satış və elektron xidmətlərə üstünlük verilməsi vacibdir. Sahibkarlara dəstəklə bağlı addımlar ona görə atıldı ki, iqtisadiyyat dayanıqlı olsun, onun rəqabət qabiliyyətliliyi və iş yerləri qorunub-saxlanılsın, məşğulluq aşağı düşməsin", - deyə nazir qeyd edib.
///
M.Cabbarov həmçinin deyib ki, sahibkarlıq fəaliyyətində davamlılıq vacib amil və məqsəddir: "Gəlirlərin sabitliyi yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılıdır. Virusun qarşısını almaq hər bir vətəndaşın borcudur. Dövlətin dəstək tədbirləri virusla mübarizədə yeganə alət deyil. Sahibkar da bir vətəndaş kimi bu işə öz töhfəsini verməlidir. Hər birimiz bu mübarizənin ümumxalq işi olduğunu anlamalıyıq".
Report