Saatlıda yolda tikinti aparan şirkətin tənzimləyicisi yük maşınının altında qalaraq ölüb

Saatlı rayonunda yolda təmir-tikinti işləri aparılan zaman faciəli hadisə baş verib.

Bu barədə APA-ya Saatlı rayon Polis Şöbəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 50-ci kilometrliyində, Saatlı rayonunun Bəylik kəndi ərazisindən keçən hissəsinin təmiri zamanı qeydə alınıb. Yolun tikintisini həyata keçirən “Kolin” inşaat şirkətinin sürücüsü, Şirvan şəhər sakini Bilal Cəfərov idarə etdiyi “HOVO” markalı yük maşınını yükü boşaltmaq üçün arxaya verərkən şirkətin tənzimləyicisi, Saatlı rayonunun Musabəyli kənd sakini Əhmədağa Şərəfxanovun üstündən keçib. Nəticədə Əhmədaxa Şərəfxanov avtomobilin təkərləri altında qalaraq faciəli şəkildə dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri