Nazir dərslər bərpa olunandan sonrakı dövr üçün əsas tələbi açıqladı



"Dərslər bərpa olunduqda məktəblərdə sanitar qaydalarla bağlı tövsiyələr ciddi şəkildə nəzərə alınacaq".

LIVE.az Report-a istinadla xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bəzi ərazilərdə şagird sıxlığı yüksək olan məktəblər var: "Ehtiyac yarandığı təqdirdə həmin siniflərdə şagird sıxlığının aradan qaldırılması üçün xüsusi yanaşma və qərarlar qəbul ediləcək".


///

Dərs ili müddəti artırıla və yay tətili ləğv oluna bilərmi?

"Dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək öz həllini tapa bilər. Bu gün üçün bütün ölkələrin təcrübələri nəzərə alınaraq qərarların qəbul edilməsində rol oynaya bilər. Ümumilikdə isə mövcud real vəziyyət yerli kontent nəzərə alınmaqla müddətlə bağlı qərar veriləcək".

Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indidən hansısa tarix barədə məlumat vermək düzgün olmaz: "Qərarlar qəbul edilərkən bir sıra yeni normativlər və real şərait nəzərə alınacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri