Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub, 46 nəfər sağalıb
- 29.04.2020, 19:24,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub, 46 nəfər sağalıbAzərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
LIVE.az-ın məlumatına görə, bu barədə mediaya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 1 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137 379 test aparılıb.
Azərbaycanda koronavirusdan sağalanların sayı 1 267 nəfərə çatdıAzərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Hazırkı dövrədək ölkəmizdə 1 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 267 nəfər müalicə olunaraq sağalmış, 23 nəfər vəfat etmiş, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Koronavirusla bağlı testlərin sayı açıqlandıAzərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137 379 test aparılıb.