Məktəblərin açılması real görünmür


"Dərs ilinin sonuna qədər məktəblərin açılması yəqin ki, real görünmür. Məktəblərdə şagirdlər arasında sosial məsafənin saxlanılmasını təmin etmək çətin olacaq. Ona görə də yəqin ki, bu, real deyil".

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibəsində deyib.

M.Vəliyeva qeyd edib ki, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır: "Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək".



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri