İlk cərrahiyyə əməliyyatından sonra İmran Cəfərzadənin ayaqlarında infeksiyalaşma prosesi başlayıb

Bir neçə gün öncə “Nabran Village Holiday”de hovuzda çimərkən iki ayağını itirən İmran Cəfərzadə üzərində Almaniyada ilk cərrahiyyə əməliyyatı başa çatıb. İmranın qohumlarının APA-ya verdiyi xəbərə görə, artıq o, palataya köçürülüb və vəziyyəti stabildir: “Hazırda İmranın hər 2 ayağında infeksiyalaşma var. Əsas məsələ bu prosesi dayandırmaqdır. İnfeksiya dayandıqdan sonra bütün lazım olan müalicələr ediləcək”.

Qeyd edək ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. İki yaşlı İmran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün Almaniyaya yol salınıb.

Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri