Azərbaycandakı «London taxi»lərinin sayı 3 dəfə artırılacaq

Azərbaycandakı «London taxi»lərinin sayı 3 dəfə artırılacaq Yaxın iki il ərzində Azərbaycana 2 000 ədəd yeni «London taxi» avtomobilləri gətiriləcək.


Yeni taksi minik avtomobillərinin ölkəyə 2015-ci ilə kimi ölkəyə gətirilməsi planlaşdırılır.


Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənov APA-ya açıqlayıb ki, «London taxi»lərinin iki ildən sonra Azərbaycana gətirilməsi prosesinin həmin il ölkədə keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ərəfəsində başa çatdırılması nəzərdə tutulub.


Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi avtomobilləri gətirilib, bunun da 1 000-i «London taxi»ləri olub. Avtomobillərin sifarişçi qismində «Taxi Baku» şirkəti çıxış edir. Yeni taksi maşınları Böyük Britaniyanın «Manganese Bronze» şirkətindən alınır. Taksilər Çinin «Geely Automobile Holding»i tərəfindən istehsal olunaraq «Manganese Bronze» şirkətinə göndərilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri