Portuqaliyada pandemiya qurbanlarının sayı 1 000-i ötdü
- 01.05.2020, 17:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Portuqaliyada koronavirusdan ölənlərin sayı 1 007 nəfərə çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxma faktı 25 351 nəfərdə qeydə alınıb. Sağalanların sayı isə 1 647 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 327 000-i ötüb. Bunların 1 052 648 nəfəri sağalıb, 234 713 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.