Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.


Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakıda bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib.


Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi yeraltı duracaqların yerləşdiyi ərazilərdə, xüsusilə Azərbaycan, Azadlıq, Bülbül, Akademik Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xəqani, Səməd Vurğun, Rəşid Behbudov və paytaxtın digər mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrini yolun hərəkət hissəsində park edən, eləcə də avtomobilləri səkilərdə saxlamaqla piyadaların normal hərəkətini çətinləşdirən sürücüləri bu duracaqlardan istifadə etməyə çağırır və dayanma, durma və parklanma qaydalarını pozmaqla nəqliyyat vasitələrinin, xüsusilə piyadaların rahat və fasiləsiz hərəkətinə mane olan avtomobil sürücülərinin bir daha nəzərinə çatdırır ki, bu qaydaların tələblərini pozan sürücülərin avtomobilləri təxliyə olunmaqla barələrində ciddi inzibati tənbeh tədbirləri görüləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri