Martın 24-dən bəri 20 milyondan çox sərnişin daşınıb



Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu martın 24-dən bu günə qədər paytaxtda 20 milyondan çox sərnişin daşınıb.

LIVE.az report-a istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda sərnişinlərə 1 750 avtobus xidmət göstərir.

"Əlavə sürücülər işə qəbul edilib və onlar ekspres marşrut xətləri üzrə xidmət göstəriblər", - o qeyd edib.

V.Kərimli həmçinin deyib ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində avtobuslarda mütəmadi dezinfeksiya işləri aparılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri