Futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında mövsümün qalan hissəsinin təqvim variantı hazırlanıb.
Bu barədə UEFA-nın bir çox tanınmış klubların prezidentləri ilə videokonfrans formatında qeyri-rəsmi görüşündə açıqlama verilib. UEFA rəsmiləri avrokubokların qalan hissəsinin bərpası üçün milli çempionatların iyulun sonlarınadək yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.
Təklif olunan variant isə belədir:
Çempionlar Liqası
1/8 final mərhələsinin qalan cavab oyunları: 7-8 avqust
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 3:0
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1
"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 2:1
"Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1
1/4 final: İlk oyunlar - 11-12 avqust, cavab görüşləri - 14-15 avqust
Yarımfinal: 18-19 avqust və 21-22 avqust
FİNAL: 29 avqust
Avropa Liqası
1/8 final mərhələsinin qalan ilk oyunları: 2-3 avqust
"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
1/8 final mərhələsinin qalan cavab oyunları: 6 avqust
"Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1
"Bayer" (Leverkuzen, Almaniya) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1
"Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0
"Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)
İlk oyun - 3:0
"Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə)
İlk oyun - 0:1
"Roma" (İtaliya) - "Sevilya" (İspaniya)
"Xetafe" (İspaniya) - "İnter" (İtaliya)
1/4 final: İlk oyunlar - 10 avqust, cavab görüşləri - 13 avqust
Yarımfinal: İlk oyunlar - 17 avqust, cavab görüşləri - 20 avqust
FİNAL: 26 (27 avqust)
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal və final oyunlarının Türkiyənin İstanbul şəhərində təşkili nəzərdə tutulub. Avropa Liqasında isə eyni mərhələlərinin qarşılaşmaları Polşanın Qdansk şəhərində olacaq.
"Report", "RMC Sport"