Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik xərclənən vəsait açıqlandı
- 07.05.2020, 01:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür".
Live.az report istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu, dəyişən rəqəmdir:
"Çünki qeyd olunan rəqəm marta aid rəqəmdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əməkhaqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".