50 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib



Azərbaycanda ötən gün karantin rejimini pozan 739 sürücü cərimələnib

Ötən gün respublika yollarında karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən mediaya verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

50 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) indiyə qədər avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayını açıqlayıb.

BDYPİ-dən mediaya verilən məlumata görə, ümumilikdə 50 174 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri