Avropa Liqasının bərpa tarixi açıqlandı
- 09.05.2020, 13:14,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.
LIVE.az-ın məlumatına görə, bu barədə İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres açıqlama verib.
O bildirib ki, 1/8 final mərhələsində rəqib olduqları İtaliya "İnter"i ilə ilk matç avqustun 2-də və ya 3-də səfərdə boş tribunalar qarşısında keçiriləcək. Torres cavab görüşünün isə ya 6, ya da 7 avqustda olacağını söyləyib.
Klub prezidentinin sözlərinə görə, hansısa stadionda koronavirus səbəbindən oyun keçirmək mümkün olmasa, qarşılaşma neytral meydanda oynanılacaq.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.