Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub, 44 nəfər sağalıb
Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
LİVE.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188 950 test aparılıb".
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıbHazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bildirilib ki, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
İndiyədək Azərbaycanda koronavirusdan 1 620 nəfər sağalıb
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıbRegionlar üzrə koronavirus infeksiyasının yayılma statistikası açıqlanıb.
LİVE.az report-a istinadla xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, Bakı 47,5, Gəncə-Qazax 13,6, Aran 10,2, Lənkəran 9,4, Şəki-Zaqatala 1, ölkə xarici 9,1 faiz faiz təşkil edib.
“Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır”, - deyə R.Bayramlı bildirib.