Operativ Qərargah: Koronavirusun “ikinci dalğa”sı çox sərt ola bilər
“Bütün qaydalara əməl olunsa, heç bir kafedə, restoranda və digər ictimai iaşə müəssisələrində heç bir yoluxma halları olmaz”.
LİVE.az report-a istinadla xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Amma qaydalara riayət olunmasa, “ikinci dalğa” çox sərt şəkildə ola bilər. Ona görə də hər bir kəs öz fərdi məsuliyyətini dərk etməli və bütün qaydalara riayət etməlidir”, - TƏBİB sədri bildirib.
Parça maskalardan istifadəyə dair tələblər açıqlanıb - FOTO
Ev şəraitində hazırlanmış, təkrar istifadə oluna bilən və beləliklə, daha qənaətli parça maskalardan istifadə etməklə, virusun yayılma sürətinin qarşısını ala bilərik.
Parça maskadan istifadə qaydalarına dair tələblər aşağıdakılardır:
- Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;
- İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;
- Rahat nəfəs almağa imkan verməlidir;
-Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.
Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik:
- 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı, maskadan istifadə edilməlidir;
- Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;
- Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər insanlara parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür;
- Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu istirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.