Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxdu, 30 nəfər sağaldı
- 10.05.2020, 17:57,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxdu, 30 nəfər sağaldı
Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 30 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
LIVE.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 2 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 650 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193 411 test aparılmışdır.
Azərbaycanda koronavirusdan sağalanların sayı 1 650 nəfərə çatdı
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Hazırkı dövrədək ölkəmizdə 2 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı
Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193 411 test aparılıb.