Səudiyyə Ərəbistanı ƏDV-ni üç dəfə artırır
- 11.05.2020, 21:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanı iyunun 1-dən əlavə dəyər vergisi (ƏDV) nisbətini üç dəfə artıracaq və dövlət qulluqçularına ödənən minimum yaşayış üçün müavinətləri təxirə salacaq.
Reuters xəbər verir ki, bu tədbirlər orta və uzun müddətli maliyyə və iqtisadi sabitliyi qorumaq məqsədilə atılır. Həmçinin ağır koronavirus böhranından ən az zərərlə keçmək planlaşdırılır.
Qeyd edək ki, hazırda ƏDV Səudiyyə Ərəbistanında 5% təşkil edir və müvafiq olaraq, iyunun 1-dən 15%-ə yüksələcək.
APA