ÜST karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq etdi



ÜST karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq etdi

Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

LİVE.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

"Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb", - o deyib.

ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Azərbaycanda daha 70 nəfərdə koronavirus aşkarlandı, 30 nəfər sağaldı

Azərbaycanda 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərinin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197 545 test aparılıb.

Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Hazırkı dövrədək ölkəmizdə 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Şərhlər
Sosial bölməsinin xəbərləri