“EuroHome”dakı yanğın söndürüldü, nazir hadisə yerindədir

Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Bu barədə "Report" xəbər verir.  

Qeyd edək ki, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.

///


Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğının baş verdiyi əraziyə gəlib.

Qeyd edək ki, dünən axşam saatlarında Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir
Şərhlər
Hadisə bölməsinin xəbərləri