Azərbaycanda bulvar və parklara giriş bərpa olunur



Azərbaycanda bulvar, park və istirahət məkanlarına girişə qoyulan qadağa aradan qaldırılır.

LIVE xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.
Şərhlər
Sosial bölməsinin xəbərləri