Koronavirusun əsginaslar üzərində nə qədər qaldığı məlum oldu
- 15.05.2020, 16:50,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirus 2 günədək əsginaslar üzərində qala bilər.
Report RİA Novosti-yə istinadən xəbər verir ki, bunu rusiyalı mikrobioloq Yevgeni Plisov söyləyib.
Mütəxəssis pandemiya dövründə, ümumiyyətlə, əsginasdan istifadə etməməyə çağırıb. Bununla belə, Y.Plisov banknotdan istifadə etdikdə üzə toxunmamağı, əlləri isə yumağı tövsiyə edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.