İranın Azərbaycandakı səfirliyində ölüm hadisəsi baş verib

İranın Azərbaycandakı səfirliyində ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səfirliyin Səbail rayonunda yerləşən binasında qeydə alınıb. Səfirliyin əməkdaşı, 40 yaşlı Məhəmmədzadeh Əli Bulahi qəflətən dünyasını dəyişib.

Hadisə yerinə təcilli tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi M. Əli Bulahi dünyasını dəyişib. Hadisə ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

APA-nın əldə etdiyi məlumata görə, M. Əli Bulahi İranın Azərbaycandakı səfirliyində idarə işçisi olub. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün səbəbləri məlum olacaq.

Mərhumun meyitinin sabah İrana göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri