Tokio-2020 və AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alınıb



Tokio-2020 Yay Olimpiya Oyunları və AVRO-2020-nin yayım hüququ Azərbaycanın dövlət büdcəsi hesabına əldə olunub.

LİVE.az Report-a istinadla verdiyi məlumata görə, bu barədə 2019-cu il dövlət büdcəsinin icrası haqqında hesabatda bildirilir. Sənəddə qeyd olunur ki, Avropa çempionatının bütün oyunlarının, o cümlədən Bakıda keçiriləcək 4 matçın və Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarının yayımlanması ilə bağlı əldə olunmuş yayım lisenziya hüququna görə tələb olunan zəruri xərclərin ödənilməsi təmin edilib. Lakin konkret məbləğ göstərilməyib.

Qeyd edək ki, AVRO-2020-nin yayım hüququnu AzTV və İTV, Tokio-2020-nin yayım hüququnu isə yalnız AzTV əldə edib. Hər iki nüfuzlu yarış koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
Şərhlər
İdman bölməsinin xəbərləri