Qızıl beşlikdən olan futbol üzrə Almaniya çempionatı başladı


Koronavirus üzündən dayandırılmış Almaniya Bundesliqası bərpa olunub.

LİVE.az-ın məlumatına qızıl beşlikdən yaşıl meydanlara qayıdan ilk ölkə olan Almaniyada XXVI tur başlayıb.

İlk oyun günündə 6 qarşılaşma nəzərdə tutulub. Bunlardan beşi artıq başa çatıb.

Fasilədən sonra ilk qolu Dortmund “Borussiya”sının ulduzu Erlinq Holand vurub. Rur derbisindən "Dortmund" “Şalke”ni darmadağın edib.

Berlin“Herta”sı isə səfərdə “Hoffenhaym”ı böyük hesabla yenib.

Günün sensasiyası Leypsiqdə qeydə alınıb. Şəhərin eyniadlı komandası “Frayburq”la matçda xal itirib.

Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.


Bundesliqa
XXVI tur
16 may

"Auqsburq" - "Volfsburq" – 1:2
Yedvay, 54 – Steffen, 43, Qinzek, 90

"Borussiya" D - "Şalke" – 4:0
Holand, 29, Qerreyro, 45, 63, Azar, 49

"Fortuna" - "Paderborn" – 0:0

"Hoffenhaym" - "Herta" – 0:3
Akpoquma, 58 (avtoqol), İbişeviç, 60, Kunya 74

 "Leypsiq" - "Frayburq" – 1:1
Poulsen, 76 - Qulde, 34
Şərhlər
İdman bölməsinin xəbərləri