AVRO-2020: UEFA-ya zəmanət verən ölkələrin sayı 4-ə çatdı
- 18.05.2020, 19:24,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyanın Bilbao şəhəri AVRO-2020-nin oyunlarını qəbul etməklə bağlı UEFA-ya zəmanət verib.
Bu barədə TASS-a yerli Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bütün zəmanətləri dövlət orqanları verib: "Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq. Hazırda Bilbaonun 2021-ci ildə matçları qəbul etməmək ehtimalı azdır".
Daha əvvəl Rusiya, Danimarka və Şotlandiya AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.
Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.
Report