Avropa İttifaqı ölkələri büdcə kəsiri limitini pozublar



Avropa İttifaqı (Aİ) ölkələrinin böyük əksəriyyəti COVID-19-un səbəb olduğu iqtisadi böhran vəziyyətində bu təşkilatın qaydalarında təsbit olunan dövlət büdcəsi kəsirinin ÜDM-in 3 faizi həddini aşmaması barədə müddəanı pozublar.

LİVE.az Report-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis mətbuat konfransında bildirib.

“Bolqarıstan istisna olmaqla, bütün hallarda kəsirlə bağlı meyara əməl edilməməsi qənaətinə gəlmişik”, - deyən AK rəsmisi mövcud böhran şəraitində bütün üzv ölkələrdə sözügedən limitin xeyli aşılacağını gözlədiklərini bildirib.

Qeyd edək ki, Aİ Fəaliyyət Müqaviləsinin bir parçası olan Sabitlik və Artım Paktına (SGP) sözügedən qaydanı pozan ölkə barəsində dövlət büdcəsi kəsirini məcburi azaltmaq tədbiri görülə bilər. Lakin hazırkı fövqəladə şəraitdə bu qayda müvəqqəti olaraq dayandırılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri