“Lufthansa” səhmlərinin nəzarət paketi Almaniya hökumətinə keçə bilər


Almaniyanın “Lufthansa” aviaşirkəti 9 milyard avroluq (9,9 milyard ABŞ dolları) maliyyə yardım paketi üçün WSF İqtisadi Sabitlik Fondu ilə danışıqlar apardığını təsdiqləyib.

LİVE.az-ın məlumatına görə, bu barədə report xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, maliyyə paketinə 3 milyon avro kredit paketi də daxil edilib və razılaşma əldə olunsa WSF Fondu aviadaşıyıcının səhmlərinin 20%-nə sahib olacaq. Bundan başqa, hökumət şirkətin artırılmış kapitalından 5%+1%-lik konvertasiya edilə bilən istiqraz alacaq.

Qeyd edək ki, Alman qanunvericiliyinə görə 25%-lik səhm paketinə sahib olmaq şirkətlərin illik ümumi yığıncaqlarında qərar qəbul edilməsinə mane olmaq və düşmən davranışlara nəzarət etmək üçün dövlətə etiraz etmək hüququ verir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri