Mədəniyyət naziri vəzifəsindən azad edilib



Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri