Belçikadan başlayan beynəlxalq veloyürüşün iştirakçıları Azərbaycana çatıblar
- 29.07.2013, 20:46,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün bir qrup beynəlxalq veloyürüş iştirakçısı Balakən rayonundakı Mazımçay gömrük postundan Azərbaycana daxil olub. APA-nın məlumatına əsasən, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Velosiped İdman Federasiyasının dəstəklədiyi beynəlxalq yürüşə iyulun 20-də Brüssel şəhərində (Belçika) start verilib.
Belçikanın veteran velosipedçilərinin təşəbbüsü ilə yürüş iştirakçıları Almaniya, Türkiyə və Gürcüstandan keçərək Azərbaycana çatıblar. Bu münasibətlə Mazımçay gömrük postunda veteran veloyürüşçülərin qarşılanma mərasimi keçirilib.
Balakən rayon Gənclər və İdman İdarəsindən bildirilib ki, günün ikinci yarısından etibarən beynəlxalq veloyürüş iştirakçıları rayonun tarixi-memarlıq abidləri, Balakəndə həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaq və şəhər ərazisindəki açıq təbiət muzeyinə baş çəkəcəklər.
Xatırladaq ki, sabah beynəlxalq veloyürüş iştirakçıları Şəki-İsmayıllı-Şamaxı marşrutu ilə Bakıya yola düşəcəklər. Beynəlxalq yürüş paytaxtda Heydər Əliyevin abisəsi önündə başa çatacaq.