Nazir Tomas Baxın olimpiada ilə bağlı fikrinə münasibət bildirdi

Beynəlxalq Olimpiya Komitəsi (İOC) koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, gələn il Tokioda Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək əzmindədir.

Yaponiyanın Olimpiya və Paralimpiya Oyunlarına məsul naziri Seyko Hasimoto mətbuat konfransında IOC prezidenti Tomas Baxın "Tokio-2020 gələn il keçirilməsə, ləğv ediləcək" fikrinə belə reaksiya verib.  

Nazir jurnalistin sualına yeganə sitatla cavablandırıb: "Bu, Tomas Baxın Oyunları gələn il Tokioda uğurla keçirmək əzmini nümayiş etdirmirmi?"

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta tərixə salınıb.


TASS, Report
Şərhlər
İdman bölməsinin xəbərləri