ÜST: Azərbaycan yeni hazırlanan testlər almağa çalışır


Azərbaycan yeni hazırlanan testlər almağa çalışır.

Live.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti hər zaman yeni, keyfiyyətli testlər alır. İndiyədək koronavirusun aşkarlanması üçün PSR testlər aparılır:

"Hazırda seroloji testlər hazırlanır. Bu testlər müəyyən edir ki, xəstəliyi keçirdiniz ya yox. Azərbaycan da həmin yeni testləri almağa çalışır. Bunun nəticəsində nə qədər insanın xəstəliyə yoluxduğu məlum olacaq".

Hande Harmancı əlavə edib ki, karantin rejimi yumşaldıqdan sonra xəstə sayı artır, amma bunun yeni dalğa olub-olmamasını geriyə baxdıqda görmək olar.
Şərhlər
Sosial bölməsinin xəbərləri