Bakı-Sumqayıt yolunda inşa ediləcək yeni tunelin layihəsi tamamlanıb
- 22.05.2020, 15:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tədbirlər çərçivəsində tikilməsi planlaşdırılan yeni tunelin layihəsi tamamlanıb.
Live.az-ın məlumatına görə, bu barədə mediaya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, layihə təsdiqlənməsi üçün aidiyyəti qurumlara təqdim edilib:
"Layihə təsdiqlənən kimi tunelin tikintisi ilə bağlı işlərə start veriləcək. Tunel Bakı-Sumqayıt yolundan paytaxta girişdə tıxacların qarşısını almaq üçün nəzərdə tutulub. Tikilməsi planlaşdırılan tunel Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yanından Bakı Dairəvi -1 avtomobil yolunun altından keçməklə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsinə çıxacaq. Bu da günün pik saatlarında Bakı şəhərinə Moskva prospektindən axının qarşısını alacaq".
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması məqsədilə "20 yanvar" küçəsindən Abşeron rayonunun Masazır qəsəbəsinə qədər olan hissəsində genişləndirilmə işlərinə başlanılıb. İşlərin artıq əsas hissəsi yekunlaşıb. Yolun həmin ərazidə olan hissəsində genişləndirilmə işləri mayın sonuna qədər tamamlanaraq istifadəyə veriləcək.