“Mall”ların açılacağı gözlənilir
- 22.05.2020, 19:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mall”ların açılacağı gözlənilir
“Növbəti yumşalma mərhələsində “mall”ların açılması gözlənilir”.
LIVE.az report-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Hazırda açıq havada idman yarışlarının keçirilməsi müzakirə olunur. Bununla belə açıq havada maskadan istifadə tövsiyə olunur, qapalı yerlərdə isə mütləqdir. Bu qaydanı pozanlara hətta cərimələr də tətbiq oluna bilər”, - İ.Məmmədov deyib.
///
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, qərar qəbul edilə bilər.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması ilə bağlı qərar, yəqin, iyunun 1-dən mümkün olsun", - o əlavə edib.