Azərbaycanda 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq
- 22.05.2020, 19:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gələn aydan etibarən ölkədə seroloji testləri aparılacaq.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, anticisimlərlə bağlı tədqiqatlar da aparılacaq: “Koronavirusdan sağalan şəxslərin nəticələrini sentyabr ayında analiz edəcəyik. Tədqiqatların müəyyən istiqamətləri təyin olunub”.
R.Bayramlı bildirib ki, hökumət 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verib.
Report