«Mən həyatdan zövq alıram».
Son vaxtlar Umnisə (Umka) Hacıyevanın adı KİV-də və sosial şəbəkələrdə çox populyarlaşıb.
Çox seksual hesab edilən teleaparıcı yarıçılpaq şəkilləri ilə ictimaiyyətin diqqətini cəlb edib. Bundan sonra da onun məşhurluğu başlayıb. Qızın milli telekanallardan birindən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan davranışla əlaqədar işdən çıxarılması xəbəri yayıldı.
Qalmaqalla məşhurlaşmış Umka Hacıyevanın Vesti.Az-a verdiyi müsahibəni təqdim edir.
- Sizi seksual, füsunkar və hətta qalmaqallı adlandırırlar. Bu sayılan sözlərdən hansı sizin daha çox xoşunuza gəlir və nə üçün?- Seksual və füsunkar – gözəl səslənir, mənim xoşuma gəlir. Lakin “qalmaqallı” olmağımla razı deyiləm. Bilirsiniz, mən özüm üçün və öz dünyamda yaşayıram. Heç kimə mane olmuram - ən azından mənə belə gəlir. Və əgər hətta mane oluramsa da... bu heç o qədər də vacib deyil.
Yeri gəlmişkən, bu ona görə gözəl səslənir ki, mənim barəmdə deyilib (gülür).
- Mən belə anladım ki, sizin yarıçılpaq fotoşəkillərinizlə bağlı heç bir kompleksiniz yoxdur?- Mən niyə kompleks yaşamalıyam ki? Mən gözələm, ağıllıyam.. bir sözlə - “gəzən pozitivəm”. Mənim heç bir kompleksim yoxdur.
- Sizin işdən çıxmanız maddi vəziyyətinizə təsir göstərdi? - Məni heç kim işdən çıxartmayıb. Mən özüm bir neçə dəfə işdən getmək haqqında ərizə yazmışam. Kanalın rəhbərliyi məni o qədər sevirdi ki, hər dəfə rədd cavabı alırdım. İyulun 18-də Kiprə bilet aldım, bir gün əvvəl isə işdən çıxdığımı dedim. Beləliklə, məni heç kim işdən azad etməyib.
- Siz iş tapmısınız?- Bu insidentdən sonra mənə çoxlu təklif gəldi. Onlardan birini seçdim.
- Hansını?- Deməyəcəyəm.
- Siz uzun müddət milli şou-biznesin pərdə arxasında olmuşsunuz. Orada komplekssiz qızlar üçün həyat necə keçir?- Ordakı ab-hava mənim xoşuma gəlmədi. Lakin onlara ayırmağa vaxtım yox idi. Mən özü üçün pozitiv ab-hava yarada bilən insanam.
- Mənə məlum olduğuna görə, siz ərdə deyilsiniz. Mentaliteti və bu mentalitetin fonunda sonuncu şəkillərinizi nəzərə alaraq, sizin üçün ailə qurmağın çətin olacağından qorxmursunuz?- Hə, düz deyirsiniz. Lakin bu mənim həyatımdır və ondan zövq alıram. İstədiyim kimi yaşayıram və mənimlə ailə qurmaq istəyən insan peyda olsa, o, məni olduğum imi qəbuyl etməlidir. Lakin subay həyatın öz qanunları, ailə həyatının başqa qanunları var.
- Siz model olmaq yaxud da açıq səhnələrin yer aldığı filmlərdə çəkilmək istərdiniz? - Mənə belə təkliflər çox gəlib, “Gənclik” və “Ağabəyovlar” seriallarında çəkilmişəm. Lakin əksər hallarda verilən pul məni qane etməyib.
Əlbəttə, belə təklifi qəbul edərdim. Lakin Azərbaycanda aktrisaları dəyərləndirmir və onlara pul xərcləməyi xoşlamırlar.
- Yəni, siz yaxşı pula soyunarsınız?- Bəli. Axı mən həm də Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində oxuyuram. Yəni, mən aktrisayam.
- Valideynlərinizin reaksiyası barədə düşünməmisiniz?- Bu mənim şəxsi işimdir. Mən ancaq işi müzakirə edirəm.
- Tamaşaçıları daha nə ilə təəccübləndirəcəksiniz yoxsa siz televiziyanı birdəfəlik tərk etmək qərarına gəlmisiniz?- Hələ hazırlaşmıram. Planlarım barədə danışmayacağam. Danışsam, onda təəccübləndirə də bilməyəcəyəm.