Şamaxının icra başçısı açıqlama verdi


Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov RİH əməkdaşlarının koronavirusla bağlı karantinə götürülməsi ilə bağlı məlumata münasibət bildirib.

LİVE.az-ın məlumatına görə, AzTV-nin efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib:

“Bildiyiniz kimi, mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən mütəmadi testlər verilir. Növbəti testlərin birində əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk. Daha çox onlayn bağlantı vasitəsilə, heç kimlə təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri