“Azərenerji” elektrik enerjisi ixracını 29% azaldıb
- 26.05.2020, 12:14,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 744,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
Dövlət Gömrük Komitəsinə (DGK) xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,8 milyon ABŞ dolları (24%) və 304,1 milyon kVt/saat (29%) azdır.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5%, qeyri-neft sektoru üzrə ixracında isə 6,3% paya malik olub.
Azərbaycanın elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.