Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır
- 29.05.2020, 16:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dək uzadılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yük daşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.