Qərargah: Koronaviruslu xəstələr üçün çarpayı sayı 7 000-dən artıq olacaq
- 29.05.2020, 22:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu gün üçün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 5 000-dən çox çarpayı ayrılıb. 2 000 çarpayı isə modul tipli xəstəxanada olacaq. Gələn həftədən ora xəstə yerləşdirilməsinə başlanılacaq".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
R.Bayramlı qeyd edib ki, ümumilikdə isə çarpayı sayı 7 000-dən artıq olacaq: "Bugünkü xəstə sayına baxsaq, xəstəxanaların dolma faizi yüksəkdir".