Azərbaycanda problemli kreditlər azalıb
- 31.05.2020, 20:44,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 232,4 milyon manat təşkil edib.
Live.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 11,1% azdır.
Problemli kreditləri ilin əvvəlinə nisbətən 3,2%, son 1 ildə isə 18,05% azalıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,1% təşkil edib. Bu nisbət martın sonuna 8,9%, ötən ilin sonuna 8,3%, ötən il aprelin sonuna isə 11,6% olub.