Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları qüvvəyə minib



Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əmək haqqı 250 manatdır. Başqa sözlə, hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, yəni 125 manat, digər sahələrdə 25 faizi miqdarında, yəni 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qanuna edilən dəyişikliyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində  50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

Gələn il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə tikinti sahəsində məcburi dövlət sığorta haqqı yenidən minimum aylıq əmək haqqının 50 faizi miqdarına qaldırılıb, 2021-ci il yanvarın 1-dən 2026-cı ilə yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi miqdarında sosial sığorta haqqının ödənilməsi yenidən bərpa ediləcək, ticarət sahəsində isə 50 faiz miqdarına qaldırılmır, bu göstərici minimum aylıq əməkhaqqının 25 faizi miqdarında olacaq. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində  50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

Qanuna edilən dəyişikliyə görə, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər də minimum aylıq əməkhaqqının 25 faizi deyil, daha az məcburi dövlət sığorta haqqı ödəyəcəklər, kənd yerlərində yaşayan torpaq sahəsi olan insanlar üçün differensiallaşmış qaydada çox ciddi azalmalar olacaq. Başqa sözlə, aşağıdakı fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları bu qaydada müəyyən olunacaq:

- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən  vergi ödəyiciləri - minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvləri istisna ilə, qeyd olunan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5

- Digər şəhər və rayonlarda -1

Eyni zamanda sadalanan fiziki şəxslər (Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada  “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna ilə) tərəfindən məcburi dövlət sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada  “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən  vergi ödəyiciləri isə “Fərqlənmə nişanı” alarkən məcburi dövlət sığorta haqqını ödəməli olacaqlar.

İndiyə qədər qüvvədə olan qanuna görə, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödənilirsə, qanuna edilən dəyişikliyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndi təsərrüfatlarında əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər ) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının aşağıdakı dərəcələri üzrə hesablanacaq:

- 5 hektaradək olduqda - 2 faizi miqdarında;

- 5 hektardan 10 hektaradək olduqda - 6 faizi miqdarında;

- 10 hektardan yuxarı olduqda - 10 faizi miqdarında.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri