Azərbaycanda koronavirusa yoluxanların sayı 6 000-i ötdü

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

LIVE.az report-a istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Hazırkı dövrədək ölkəmizdə 6 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2 519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Şərhlər
Sosial bölməsinin xəbərləri