“Zoom"un xalis mənfəəti 135 dəfə artıb
- 03.06.2020, 19:50,
- Texnologiya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il mayın 1-nə Çinin videokonfrans tətbiqi “Zoom Video Communications”ın ümumi gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2,69 dəfə artaraq 328,2 milyon ABŞ dollarına yüksəlib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, eyni dövrdə şirkətin xalis mənfəəti 135 dəfə artaraq 27 milyon ABŞ dollarına çatıb.
Məlumata görə, hesabat dövründə şirkətin bazar dəyəri 3,11 dəfə artaraq 59 milyard ABŞ dollarına çatıb. Belə ki, aprel ayında “Zoom” illik 2 trilyon dəqiqə və 300 milyon iştirakçıya çatıb. Eyni vaxtda 10-dan çox işçisi olan korporotiv müştərinin sayı 354% və ya 265 400-ə yüksəlib.
“Bu ilin I maliyyə rübündə dünyada zoom platformasının istifadəçilərinin artmasından çox məmnunuq. COVID-19 pandemiyası dövründə tətbiqi istifadə edərək paylaşım, birbaşa əlaqə və əməkdaşlıq edənlərin sayı artırıb. “Zoom”u insanların işlərinə, təhsillərinə və şəxsi həyatlarına inteqrasiya etdikcə istifadəçilərin sayı da sürətlə artdı”, - şirkətin yaradıcısı və CEO-su Eric S.Yuan bildirib.
Qeyd edək ki, şirkət maliyyə göstəricilərini açıqladıqdan sonra səhmlərinin kütləvi tədavül olunduğu “Nasdaq” birjasında “Zoom”un bir səhminin qiyməti 2%-dən çox artıb.