TƏBİB: 100 nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir

"Bu gün Azərbaycanda 262 yeni yoluxma faktı aşkar olunub".

LIVE.az report-a istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, iki nəfər vəfat edib: "Ümumi 6 522 ümumi yoluxma faktı olub. Aktiv xəstə sayı 2 707 nəfərdir. 100 nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onlardan 21-i süni tənəffüs aparatına qoşulub".
Şərhlər
Sosial bölməsinin xəbərləri