OPEC nazirləri danışıqları bitdi



“OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında keçirilən iclası yekunlaşıb.

LIVE.az “TASS”a istinadən xəbər verir ki, iclas planlaşdırıldığı kimi iki saat davam edib.

OPEC+ ölkələri görüşdə hasilatın hazırkı səviyyədə azaldılmasının bir ay da uzadılması barədə razılığa gəliblər.

Bundan başqa, OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri