ARDNŞ, BP və «Total» şirkətləri TAP konsorsiuma qoşulub
- 30.07.2013, 16:06,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» layihəsinin işlənməsi üzrə konsorsiumun üzvü olan Azərbaycan Dövlət Neft Şirkəti, BP və «Total» şirkətləri Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumuna qoşulub.
TAP konsorsiumdan APA-ya verilən məlumata görə, bu konsorsiumda ARDNŞ və BP hər biri 20%, «Total» isə 10%-lik paya sahib olub.
Bundan başqa, Avropada əsas qaz tranziti operatoru olan «Fluxys» şirkəti də 16% payla TAP-a qoşulub. Məlumatda deyilir ki, TAP səhmdarları olan İsveçrənin «Axpo», Norveçin «Statoil» və Almaniyanın «E.ON» şirkətləri də layihəni dəstəkləməkdə davam edir.
Nəticədə, TAP səhmdarları rolunda artıq BP (20%), ARDNŞ (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), «E.ON» (9%) və «Axpo» (5%) şirkətləri çıxış edir.
TAP-ın icraçı direktoru Kyetil Tunqland qeyd edib ki, yeni səhmdarlar TAP-ın strateji mövqelərini əhəmiyyətli dərəcədə genişləndirəcək və bu, daha sonra bütün Cənub Qaz Dəhlizinin inteqrasiyasını gücləndirəcək.
Bununla yanaşı bildirilir ki, TAP layihəsi bundan sonra da tərəfdaşların qoşulması üçün açıqdır.