ETSN xəbərdarlıq edir: Havanın temperaturu 42 dərəcəyə yüksələcək
- 11.06.2020, 14:45,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkə ərazisində kəskin isti gözlənilir. İyunun 13-ü və 14-də havanın temperaturu yüksələcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 13-ü və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.
İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.